Uçan taksilər istifadəyə veriləcək?
ABŞ-ın “Joby Aviation” şirkəti istehsal etdiyi uçan taksinin Böyük Britaniyada sertifikatlaşdırılması üçün müraciət edib.
Paralel.az xarici mediaya istinadən xəbər verir ki, şirkət 10 ildir ki beş nəfərlik elektrik hava taksisinin yaradılması üzərində işlədiyini bildirib. Onun maksimal sürəti 200 km/saat, uçuş məsafəsi təxminən 150 kilometrdir.