Səfər Mehdiyev də yeni vəzifəyə təyin olunacaqmı? - Ehtimallar nə deyir?
Güman ki, Səfər Mehdiyev yeni vəzifəyə təyin olunmayacaq
Ölkədə rüşvət və korrupsiya ilə məşğul olan bir sıra məmurları həbs etməklə, hökumət guya, mübarizə aparır, əksər rüşvətxor və korrupsioner məmurları isə vəzifədən azad edib, başqa vəzifəyə təyin edir
-"AZƏRSU" ASC-nin sədri Qorxmaz Hüseynov
-SOCAR prezidenti Rövnəq Abdullayev
-Mərkəzi Bank sədri Elman Rüstəmov
-Azərbaycan Dəmir Yolları sədri Cavid Qurbanov
-Gömrük Komitəsi sədri Səfər Mehdiyev
Qorxmaz SOCAR-a müavin, Rövnəq İqtisadiyyat nazirinin müavini, Elman baş nazirin müşaviri, Cavid isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edildi.
Xalq fikirləşir ki, bəs görəsən, Səfər kimə müavin təyin ediləcək?
Fikir verin, yuxarıda qeyd etdiyimiz bir vəzifədən azad olunub, digər vəzifəyə təyin olunmuş adı çəkilən kadrlardan fərqli olaraq, Səfər Mehdiyev vəzifədən komanda üzvləri həbs olunduqdan sonra azad olundu.
Ona görə də, Səfər Mehdiyevin yeni vəzifəyə təyin olunması ehtimalı sıfıra bərabərdir.
Hər kəs hökumətin məmurları işə təyin etmək və vəzifədən azad etmək təcrübəsinə əsasən, ehtimal edir ki, Səfər Mehdiyev həbs olunçayacaq, belə bir presedent artıq ölkədə var, uzaq başı Eldar Mahmudov, Əbülfəz Qarayev kimi, işçiləri həbs olunsa da, özü azadlıqda qalacaq və yığdıqları milyonları rahat-rahat xərcləyəcək...
Şahnaz