Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva vəzifədən çıxarıldı

Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva vəzifədən çıxarıldı
 

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən uzaqlaşdırılıb. 

"Paralel.az" Qaynarinfo-ya istinadla xəbər verir ki, Rasilə Arifqızı İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanıb.

0.056568145751953