5.7 milyon manatlıq tenderin – QALİBİ AÇIQLANDI
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin Təchizat İdarəsi yumşaq inventarların satınalınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
"Paralel.az" FED.az-a istinadla xəbər verir ki, 5,7 milyon manatlıq tenderin qalibi "İl" MMC-dir.
Xatırladaq ki, "İl" MMC bundan əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin Təchizat İdarəsinin təsərrüfat mallarının satınalınması üzrə 94 287 manatlıq tenderini qazanıb.
Azərbaycanda xalq "tender oyunu"nun korrupsiya mənbəyi olduğunu çoxdan bilir.