Qarabağ”ın oyununa nə qədər bilet qalıb?

“Qarabağ”ın oyununa nə qədər bilet qalıb?
 

"Qarabağ"ın bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə keçirəcəyi cavab oyununa maraq çoxdur.

Klubun mətbuat xidmətindən "Paralel.az"-a verilən məlumata görə, artıq kassalarda matç üçün cəmi 5 min bilet qalıb.

Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.

0.012984037399292