SEPAH qerərgahı partladıldı

SEPAH qerərgahı partladıldı
 

"Paralel.az" xəbər verir ki, SEPAH-ın Qüds qanadının Tehrandakı qərargahında güclü partlayış baş verdi

İran Xalq Mücahidləri Təşkilatının xəbər saytının məlumatına görə, iyulun 9-u gecə saatlarında SEPAH-ın Qüds Qüvvələrinin Tehran əyalətində yerləşən qərargahında güclü partlayış meydana gəlib.

"Təşkilata bağlı "üsyançı mərkəzlər"in qüvvələri SEPAH-ın Qüds qanadının bazasına hücum edib", - deyə məlumatda bildirilib.

Hadisənin mahiyyəti hələlik məlum deyil və partlayış nəticəsində ölən yaxud yaralananların olması haqqında heç bir məlumat verilmir.

İran rəsmiləri hələlik bu barədə hər hansı açıqlama verməyiblər və dövlət mediası da bu haqda xəbər dərc etməyib.

Dəniz

0.027930021286011