Xaçmaz-Xudat yolu bağlanıb - Elektrik enerjisinin verilişi dayandırılıb (Yenilənib)

Xaçmaz-Xudat yolu bağlanıb - Elektrik enerjisinin verilişi dayandırılıb (Yenilənib)
 

Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.

"Paralel.az" "Report"-un Şimal bürosuna istinadən xəbər verir ki, nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir. 

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndiriliGüclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülüƏrazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub

***
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.

"Report"un Şimal bürosu xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

0.011251926422119