Heydər Əliyev Beynəlxalq Aeroportunda nə baş verib? - Həyəcan siqnalı... 

Heydər Əliyev Beynəlxalq Aeroportunda nə baş verib? - Həyəcan siqnalı... 
 

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın "Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib. 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.Aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hadisələrin necə baş verdiyini aşağıdakı videoda izləyə bilərsiniz

"Paralel.az"

0.021740913391113