“Azərişıq” bu şəxsləri məhkəməyə verdi - ADLAR...
“Azərişıq” ASC iki vəkili məhkəməyə verib.
"Paralel.az" xəbər verir ki, ASC birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Belə ki, əvvəlcə Vəkillər Kollegiyasının 2 üzvü, Aytəkin Hüseynova və Orxan Hüseynov kommunal xərclərlə bağlı istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar “Azərişıq”a qarşı iddia qaldırıb.
Məhkəmə həmin iddianı təmin edib. Lakin dövlət qurumu bu qərara etiraz edib və həmin vəkilləri apelyasiya məhkəməsinə şikayət edib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə baxılacaq.