Abşeronun bir hissəsində qaz müvəqqəti olmayacaq

Abşeronun bir hissəsində qaz müvəqqəti olmayacaq
 

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 08.07.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

0.028277158737183