Rusiya XİN: "Putinin "G-20"liyin sammitində iştirakı epidomioloji vəziyyətdən asılı olacaq"

Rusiya XİN: "Putinin "G-20"liyin sammitində iştirakı epidomioloji vəziyyətdən asılı olacaq"
 

Rusiya Prezidenti Vladimir Putin "G-20"liyin noyabr ayında keçiriləcək Zirvə toplantısına rəsmi şəkildə dəvət olunub.

Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, dəvətnamə İndoneziya Prezidenti Coko Vidodo tərəfindən gəlib.

Bildirilib ki, Rusiya Prezidentinin iştirakı ilə bağlı İndoneziya tərəfi məlumatlandırılıb: “Tədbirdə iştirak dünyada hadisələrin inkişafından və Cənub-Şərqi Asiyada sanitar-epidomiloji şəraitdən asılı olacaq”.

Qeyd edək ki, bu ilin noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G-20”liyin Zirvə toplantısı keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski də sammitə dəvət olunub.

0.018632888793945