Türkiyə ilə bu ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq

Türkiyə ilə bu ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq
 

Sabah Türkiyə və Lüksemburq arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu məqsədilə Türkiyə xarici işlər nazirinin müavini və Avropa İttifaqı məsələləri üzrə səfir Faruk Kaymakcı iyulun 7-də Lüksemburqa səfər edəcək.

O, səfər çərçivəsində Lüksemburq rəsmiləri ilə görüşəcək, iki ölkə arasında münasibətlərin bütün aspektlərini müzakirə edəcək.

Eyni zamanda görüşlərdə Türkiyə - Avropa İttifaqı əlaqələri, aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

0.020053863525391