KFC Rusiyanı tərk edir

KFC Rusiyanı tərk edir
 

KFC “fast food” şəbəkəsinin sahibi olan “Yum! Brands” şirkəti Rusiyadakı biznesini yerli operatora satmaq üçün əsaslı danışıqlar aparır.

Paralel.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Şirkət KFC restoranlarını, əməliyyat sistemini və françayzinq hüquqlarını, o cümlədən françayzinq restoran şəbəkəsini yerli operatora ötürmək üçün danışıqların öncül mərhələsindədir”, - şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə daha bir “fast food” nəhəngi – “McDonals” da Rusiyada bazarını tərk edib.

0.013548135757446