Fransa vətəndaşlarına xəbərdarlıq etdi:
"İrana səfər etməyin"!

Fransa vətəndaşlarına xəbərdarlıq etdi:
 

Fransa öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.

"Paralel.az: xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi İranın səyahət məsləhət xəritəsində qırmızı siyahıda olduğunu açıqlayıb. Nazirlik öz vətəndaşlarına həbs və saxlanılma təhlükəsi səbəbindən İrana səfər etməmək barədə xəbərdarlıq edib. 

“Hazırda İranda olan fransız və ikili vətəndaşlığı olan şəxslərə ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaq, zərurət olsa belə hər hansı görüşdən qaçmaq və Fransanın Tehrandakı səfirliyinə özlərini təqdim etmək qətiyyətlə tövsiyə olunur”- açıqlamada bildirilib.

Açıqlamada, İrana turist kimi gedənlər də daxil olmaqla fransızların həbs, əsassız saxlanılma və ədalətsiz mühakimə riski ilə üzləşdiyi bildirilib.

Fransanın Tehrandakı səfirliyinin İranda həbs edilən və ya saxlanılan vətəndaşlara konsulluq mühafizəsinin təmin edilməsində məhdud olduğu vurğulanıb. Fransa-İran vətəndaşlarına gəldikdə isə bildirilib ki, İran ikili vətəndaşlığı tanımadığı üçün konsulluq ziyarətinə icazə vermir.

Billurə

0.022864103317261