Tokayevdən Putinə zərbə - Avorpa İttifaqına (Aİ) Qazaxıstan neftini almağı təklif edib.

Tokayevdən Putinə zərbə - Avorpa İttifaqına (Aİ) Qazaxıstan neftini almağı təklif edib.
 

Tokayev Avorpa İttifaqına (Aİ) Rusiya əvəzinə Qazaxıstan neftini almağı təklif edib.

Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır.

“Paralel.az” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı deyib. 

Tokayev Şarl Mişellə telefon danışığında Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əməkdaşlığa çağırıb.

Qazaxıstan lideri həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib.

Tokayev həmçinin Mişelə xatırladıb ki, Qazaxıstan Mərkəzi Asiyada Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan ilk ölkədir və bu, Qazaxıstan və Aİ arasında münasibətləri “yeni səviyyəyə” gətirib.

“Ölkəmiz Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olan Aİ ilə davamlı əlaqələri inkişaf etdirməyə sadiqdir”, - bəyanatda deyilir.

Mürtəza
Paralel.az

0.023730039596558