Gömrük Komitəsi İqtisadiyyat nazirliyinə birləşdirilir? - Səfər Mehdiyevin sonu gəldi...

Gömrük Komitəsi İqtisadiyyat nazirliyinə birləşdirilir? - Səfər Mehdiyevin sonu gəldi...
 

Mikayıl Cabbarovun vəzifəsi çoxalır

Dövlət Gömrük Komitəsinin ətrafında son zamanlar baş verənlər cəmiyyətin ən çox maraqlandığı mövzuya çevrilib.

Komitə sədri Səfər Mehdiyevin ən yaxın ətrafının bir neçə gün ərzində həbsi, prosesin onun özünün “vurulmasına” yönəldiyinə şübhələr yaradır. Gömrük Komitəsi ətrafında baş verənlərlə bağlı  Gununsesi.info maraqlı məlumatlar yayıb.

Məlumatı verən mənbənin açıqlamasına görə, hər şey son iki il dönəmində hökumətdə struktur islahatı adı ilə bəzi nazirliklərin, komitələrin və digər qurumların ləğv olunaraq, İqtisadiyyat Nazirliyinə birləşdirilməsi prosesindən başlayıb.

Bu prosesdə onlarla dövlət  sturkturlarını özünün tabeçiliyinə birləşdirən  iqtisadiyyat naziri Mikayıl Cabbarov Gömrük Komitəsinin ləğvinə də nail olmaq istəyir.

Gömrük Komitəsinin ləğv edilərək, Dövlət Vergi Xidməti ilə birləşdirilməsi ideyasını təklif edən Mikayıl Cabbarov bu prosesdə böyük dirənişlə qarşılaşıb.

Son zamanlar gömrük əməkdaşlarının vətəndaşlara qarşı az qala soyğunçuluq əməlləri təsadüf deyil.
Komitə sədri Səfər Mehdiyev büdcə qarşısındakı gömrük rüsumu öhdəliklərinin 100 faizdən çox olmasına çalışıb və istəyinə nail olub.

Təkcə bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,3% əməl edib.  Büdcəyə 820,8 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 170,8 milyon manat çoxdur.

Səfər Mehdiyev minlərlə vətəndaşın soyulması narazılığını gücləndirmək hesabına bu qədər vəsaiti toplamaqla, görünür, o, vəziyyətin dəyişəcəyinə ümid edib.

Ancaq göründüyü kimi, bu dəfə mübarizə fərqli müstəviyə keçib. Yaxın çevrəsinin həbs olunmasına baxmayaraq, sonuncu kollegiyada Səfər Mehdiyev “Bizə qarşı səfərbər olublar, amma bu, fayda verməyəcək” deyərək, “Ehtiram  (Hazırda həbsdə "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) və digər dostlarımız da azadlığa çıxacaq” ifadəsini işlədib.

"Paralel.az"

0.027729034423828