Kissincer: “Bu, Rusiyanın gələcəyi uğrunda müharibəyə çevrilməməlidir”

Kissincer: “Bu, Rusiyanın gələcəyi uğrunda müharibəyə çevrilməməlidir”
 

ABŞ-ın sabiq Dövlət katibi Henri Kissincer Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mövqeyinə aydınlıq gətirib. Sabiq Dövlət katibi Kissincer may ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı münaqişənin həlli üçün Ukraynanın bəzi ərazilərini Rusiyaya məcburi şəkildə verməsini tələb etmədiyini bildirib. 

Paralel.az ” xəbər verir ki, o, bu barədə “Time” nəşrinə müsahibəsində  deyib.
Kissincer Ukrayna və Rusiya arasında münaqişənin “idarəolunmaz prosesə çevrilə biləcəyindən” narahatlığını ifadə edib.

“Mən deməmişəm ki, ərazi verilsin. Mən sadəcə onu nəzərdə tuturdum ki, istənilən danışıqlarda bu, ayrıca müzakirə olunmalıdır. Mən Ukraynanın azadlığının və onun Avropadakı mühüm rolunun tərəfdarıyam”, - deyə sabiq Dövlət katibi bildirib.

Kissincer hesab edir ki, atəşkəsə nail olmaq üçün Rusiya öz torpaqlarını Ukraynaya qaytarmalıdır. O, əlavə edib ki, münaqişə “Ukraynanın azadlığı uğrunda müharibədən Rusiyanın gələcəyi uğrunda müharibəyə” çevrilməməlidir.

Mürtəza
Paralel.az

0.018431901931763