Qoşqar Təhməzli “ARAZ” marketləri nə üçün hədəf seçib?
Deyirlər, "aylığını" artırmaq istəyir, ya da...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Veysəloğlu” şirkətini və onun “Araz” marketlər şəbəkəsini hədəfə alıb.
AQTA müəyyən edib ki, ən çox şikayət olunan market şəbəkələri sırasında “Veysəloğlu” Qrupuna daxil olan “Araz” marketlər şəbəkəsi yer alır.
Ölkədə “Araz” market şəbəkənin 145 marketi, 9 mindən çox əməkdaşı olduğu deyilir. Bu marketlər şəbəkəsi ölkədə heç də ən ideal xidmət göstərmir.
Ancaq “Araz” marketlərdən kütləvi narazılıq da yoxdur ki, deyəsən ki, əhalinin ən çox şikayət etdiyi ticarət şəbəkəsidir. Ən azı sosial şəbəkədə və mətbuatda gedən şikayətlərə diqqət yetirəndə belə demək olur.
Əslində AQTA ciddi araşdırma aparsa, keyfiyyət və xidmət səviyyəsi aşağı olan və ən çox şikayət olunan marketlər "Oba” və “Al” marketlər şəbəkələridir.
Görünür, AQTA sədri Qoşqar Təhməzli, məhz bu şirkəti hədəf seçib və bu yolla “Araz”ı bazardan sıxışdırıb çıxarmağa çalışır.
Məsələ ilə bağlı detalları öyrənməyə çalışırıq.
"Paralel.az"