ABŞ səfiri: "Azərbaycanla əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir"

ABŞ səfiri:
 

"Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir”.

"Paralel.az" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, son 30 ildə əlaqlərimizdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir.

Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."

0.019790887832642