"Gənclər komandası" ölkəni hara aparır?

 

Bu komanda xalqın göz yaşına baxmır

Son illər ölkə prezidentinin dövlər orqanlarında həyata keçirdiyi struktur və kadr islahatları ilk gündən xalq tərəfindən müdafiə olunub və alqışlanıb.

Lakin bu islahatların ölkədə baş verən bütün mənfi halların qarşısını almaq əvəzinə daha da dərinləşməsi xalqı narahat edir.

2018-ci ildən başlayan kadr islahatları ölkə əhalisinin etimadını tam doğrultmadı. "İçəri Şəhər" qoruğunda bəslənmiş və dövlət orqanlarına yüksək vəzifələrə təyin olunan "gənclər komandası"nın üzvləri xalqa qarşı total hücuma keçərək, heç kəsin gözünün yaşına baxmırlar, məmurlar yenə də xalqı soyur, talayır, dövlət orqanlarında çalışan təcrübəli işçiləri kütləvi şəkildə işdən qovurlar.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun 36 vəzifəni icra etməsini xalq mümkün hesab etmir. Qısa müddətdə Təhsil naziri, Vergilər naziri və İqtisadiyyat naziri kreslolarını "hərşeyşünas" kimi ardıcıl əvəz edən bu şəxsin çalışdığı sahələrdə azacıq da olsa, müsbət dönüş hiss olunsaydı, xalq bu qədər narahat olmazdı.

Maraqlı haldır ki, Mikayıl Cabbarovun bu günədək nazir təyin olunduğu bütün sahələr - təhsil, vergi və iqtisadiyyat tənəzzül içində boğulur və bu sahələrdə çalışan işçi və qulluqçuların durumu son dərəcə ağırdır.

Fikir verin, ölkədə "gənc kadr" kimi təyin olunmuş "hüquqşünaslar və xaricdə təhsil almış, ingilis dilində danışanlar" ordusu ölkənin qanunlarını belə tanımırlar, xalqın ərizə və şikayətinə belə baxmırlar, ölkədə "bezpridel" deyilən vahim durum yaradıblar.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun "gənclərdən ibarət komandası"nın işi təkcə xalqa zülm etməklə bitmir. Komada həm də ölkə prezidentinin həyata keçirdiyi struktur və kadr islahatları siyasətinə xəyanət edir, məmur özbaşınalığına, rüşvət və korrupsiyanın qarşısını almaq əvəzinə rəvac verirlər.

Bu gün dövlətin elə bir siyasi, iqtisadi, sosial, humanitar, xidmət sahəsini göstərmək mümkün deyil ki, o sahəyə rəhbər təyin olunan "gənclər komandası"nın üzvü həmin sahədə heç olmasa, xırda müsbət nəticə əldə etməy nail olsun.

Xalq elə bilirdi ki, ölkəni qarışdıran, hər şeyi əlinə keçirib, xalqa zülm edən Ramiz Mehdiyev - Əli Həsənov cütlüyü vəzifədən gedəndən sonra ölkədə hər şey normal məcraya düşəcək, amma "gənc kadrların" xalqı və dövləti hazırkı vahim duruma salması hər kəsi narahat edir...

Xalq "gənclər komandasını" üzvlərinin fəaliyyətində olan qüsur və nöqsanların bir hissəsinin gənc kadrların təcrübəsiz olması ilə də bağlı olduğunu hiss edir. Xalq ümid edir və inanır ki, ölkə prezidenti gənc kadrların buraxdığı səhvləri qısa zamanda aradan qaldıracaq

Şahnaz

0.024873971939087