Səfər Mehdiyev kollegiya iclasında bəzi qüvvələri hədələdi: "Digər həbs olunanlar da orada qalmayacaq”

Səfər Mehdiyev kollegiya iclasında bəzi qüvvələri hədələdi:
 

Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası ilə bağlı redaksiyaya məlumat daxil olub.

Son zamanlar DTX-nın ölkənin Gömrük Komitəsində bir neçə əməliyyat keçirməsilə bağlı xəbərlər gündəm olub.

DGK-nın cəmiyyətə və ictimaiyyətə cinayətkar dövlət orqanı kimi təqdim olunması Səfər Mehdiyevi kollegiya iclası keçirməyə vadar edib.

Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.

Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.

Kollegiya iclasında çox gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib:”Amma ruhdan düşməyin, işinizə davam edin.

Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə  Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru   Ehtiram Xəlilovu  nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq”.

DGK-nin fəaliyyətində rüşvət və korrupsiyanın şiddəti ölkədə çox aydın hiss olunur. Sahibkarlara və biznesmenlərə qarşı haqsızlıq baş alıb gedir. DGK-nin sıravi işçisindən tutmuş ən yüksək səviyyədə oturanlara qədər hamısı milyonlar mənimsəyirlər.

DGK-nın rüşvət və korrupsiya yuvasına çevrilməsi xaricdən mal gətirən və aparan bütün sahibkarlar və biznesmenlər tərıfindən etiraf olunur, hamı qan ağlayır, amma Səfər Mehdiyev süddən çıxan "ağ qaşıq" kimi təmizlikdən danışır.

Paralel.az

0.029650926589966