"Təqaüdçüləri və əlilləri qəsdən məhv edirlər" - Müharibə əlilləri

 

"Təqaüdçüləri və əlilləri qəsdən məhv edirlər" - Müharibə əlilləri

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi önündə nazir Sahil Babayevlə görüşməyi tələb edən bir qrup müharibə əlilləri və veteranları dedilər ki:

"Hazırda Azərbaycanda qanunlar işləmir, məmurlar xalqı saymır, şikayətə, ərizəyə baxan yoxdur, 44 günlük müharibədə kasıbların övladlarından ibarət olan ordu düşmənə qalib gəlib, torpaqları azad edəndən sonra hökumət tam arxayınlaşıb, ölkədə məmur özbaşınalığı, rüşvət, korrupsiya güclənib. Xalqın əlil və pensiyaçı qismini qəsdən məhv edirlər.

Müharibə əlilləri qeyd etdilər k: "Azərbaycanda bahalığın tüğyan etdiyi indiki məqamda çalışan insanlara ayda 300-500 manat əmək haqqı, pensiyaçılara, əlillərə 240 manat və müharibə veteranlarına isə 80 manat təqaüd verilir ki, bu da gündəlik yaşayış minimumundan bir neçə dəfə azdır. Bu isə, ölkə əhalisinin 30 fazini təşkil edən əlillərin və pensiyaçıları planlı öldürmək deməkdir".

Şahnaz

 

0.015762090682983