Rusiya çeçenlərdən ibarət 4 batalyon yaradır

Rusiya çeçenlərdən ibarət 4 batalyon yaradır
 

Rusiya Ukraynadakı hücumlarını genişləndirmək üçün çeçen döyüşçülərdən ibarət yeni batalyonlar yaradır.

“Paralel.az” xəbər verir ki, bu barədə tanınmış çeçen yazıçı, siyasi fəal German Sadulaev şəxsi “teleqram” hesabından paylaşım edib.

O, bildirib ki, Rusiya Ukraynada yeni hücumlara başlamaq üçün ağır silahlarla təchizatlanmış çeçen döyüşçülərdən ibarət dörd yeni batalyon yaradır: “Bu onu göstərir ki, Rusiyanın Donbasda və ümumilikdə Ukrayna ərazisində qoşunlarının sayının azalmasıyla bağlı iddialar əsassızdır. Yeni yaradılacaq batalyonda tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya, minaatanlar və müxtəlif döyüş texnikaları olacaq”.

Sadulaev iddia edir ki, yeni batalyonlar Çeçenistan lideri Ramzan Kadırovun əmri ilə yaradılır: “İndiyə qədər Ukraynada döyüşən çeçen alayları yüngül silahlara sahib olduqları üçün birbaşa döyüşlərdə iştirak etmirdilər. Onlar işğal olunmuş ərazilərdə müxtəlif tapşırıqları icra edirilər”.

Ancaq yeni yaradılan batayonların birbaşa aktiv döyüşlərdə iştirak edəcəkləri gözlənilir. Çeçenlərin müharibələrdəki yüksək motivasiya və psixoloji hazırlığını nəzərə alsaq, bu batalyonların Ukrayna cəbhələrində güclü hücum silahına çevriləcəyi aydındır" - deyə, Sadulayev bildirib.

 
 
0.015074014663696