Zərdab Sukanal İdarəsinin rəisi Romir Nəcəfov vəzifə cinayətləri törətməkdən çəkinmir - ŞİKAYƏT
Şikayətçi yazır: "Zərdab rayon Sukanal idarəsinin rəisi Romir Nəcəfov saxtakarlıqla yolu ilə dövlət vəsaitini talan etməklə məşğul olur.
Romir Nəcəfov Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) saxta diplomu ilə özünü ali təhsilli kimi təqdim edir.Ancaq onun diplomu yoxlanılarsa saxta olması subut olunacaq.
Hərbi komissarlıqda işləyəndən sonra təqaüdə çıxan Romir Nəcəfov Zərdab rayon Poçt şöbəsində müdiri, Çallı və Gödəkqobu kənd icra nümayəndəsi vəzifəsində yarıtmaz işlədiyi üçün işdən çıxarıldıqdan sonra 2019-cu il tarixdə Zərdab rayon Sukanal İdarəsinə mürdir vəzifəsinə təyin edilib.
İlk gündən saxtakarlığa əl atan Romir Nəcəfov şəxsən özünə məxsus olan, əvvəl poçt binası olan, sonradan özəlləşdirirək qaynatası Tofiq Paşayevin adına sənədləşdirdiyi, 1960-cı il tarixdə inşa edilmiş, istismara tam yararsız binanı icarəyə götürür və Sukanal idarəsini həmin binaya köçürüb. Halbuki əvvəl binası əmlak komitəsinə məxsus, səliqəli binada hər ay cüzi icarə pulu verməklə, yerləşirdi. İndi isə hər ay üçün 400 manat icarə pulunu Romir Nəcəfov özü götürür. Həmin binanın damından yağış suyu otaqlara tökülür, döşəməsi beton, tam təmirsiz, antisanitariya və qəzalı vəziyyətdə olan 71 nəfərin çalışdığı idarəni tam yararsız binaya köçürüb.
Bundan başqa Zərdabda sahibkarlıq obyektlərinə su çəklib istifadə edilsə də, sayğaclar tətbiq edilməyib. Buna görə istifadə olunan suya görə pullar dövlət büdcəsinə yox, Romir Nəcəfovun cibinə gedir.
31 yanvar 2022-ci il tarixdə akt tərtib edilib pul silinib ki, guya Lələağacı kəndindəki modul tipli su təmizləyici qurğuya gedən açıq tipli su kanalı təmizlənib. Lakin həmin ərazidə iş görülməyib. Akta əlavə olunmuş şəkil isə Lələağacı kəndində deyil, Qumlu qəsəbəsində çəkilib.
Belə saxtakarlıqdan biri də 2020-ci il tarixdə aparılan yoxlama zamanı olmuşdur. Aktlarda qeyd edilən boruların ölçüləri ilə istifadə edilən boruıarın ölçüsü arasında kəskin ziddiyət yarandığı subut olundu.Həmin vaxt işi araşdıran "Azərisu" ASC-nin əməkdaşları rüşvət alıb saxta aktlarda düzəliş elədilər. Bu saxtakarlığa görə Römir Nəcəfov cinayət məsuliyyətinə cəlb edilməli idi. O, talançılıq yolu ilə əldə etdiyi pul hesabına "Azərsu" ASC-nin əməkdaşlarını da öz cinayət əməlinə şərik etmişdir.
Dövlətin balansında olan Türyançay sahili boyunca 4 km uzunluğu olan metal boru, Ramiz Kərimov və Heydər Əliyev küçələrinə gedən yol kənarında 2 km borular, qəsəbə adlanan ərazidə 1 km-dən çox metal boruları Romir Nəcəfov kəsib tikinti materialları mağazalarına satıb, özünün şəxsi işlərində istifadə edib.
Kanalzasiya üçün gətirilmiş direnlər Zərdab- Kürdəmir yolu çəkilərkən tikintin aparan şirkətə satılıb. Həmin direnlər qurunt sularının axıdılması üçün kollektorlarin keçidlərinə qoyulmuşdur. Ucar -Ağcabədi magistral yolu çəkilərkən "51 hektar" adlanan yaşayış ərazisindən rayona əhalisinin gediş gəlişini təmin etmək üçün "POLAD" İnşaat tərəfindən Türyançay çayı üzərində körpü inşa edilib.
Romir Nəcəfov həmin 20 metr uzunluğu olan körpünün ayaqaltı dəmir döşəmələrini və yan dəmir çərçivələrini söküb satıb. Fotoşəklini təqdim edirik.
Rayonda qeyri-əhaliyə (mağaza, gözəllik salonu, aptek, avtomoillərin yuyucu sexi və.s. sahibkarlıq obyektlərinə ), kanalizasiya quyusu olmadan, rüşvət müqabilində qanunsuz su çəkib. Kanalizasiya olmadan suyun çəkilməsi ekeoloji çirklənməyə gətirib çıxarıb. Həmçinin obyektlərə suyu podratçı təşkilat çəkməli olsa da, bütün bu işləri rüşvət müqavilində Romir Nəcəfov özü görür.
2010-cu ilə qədər rayon əhalinisini içməli su ilə təmin edən Kür çayının sahilində yerləşən böyük Nasosxananı Romir Nəcəfov söküb satıb.
Rayonda iş gözləyən çoxlu sayda şəhid ailələri və qazilərimiz olduğu halda, Romir Nəcəfov vəzifəsindən sui-istifadə edərək, dayısı nəvəsi Murad Kamran oğlu Soltanlını idarəyə çilingən vəzifəsinə təyin edib.
Zərdab Sukanal İdarəsinin balansında olan həyətdəki tut ağaclarını Romir Nəcəfov ETSİN-dən icazə almadan qanunszu kəsib, məhv etdib.
Qeyd edək ki, dövlətə qənim kəsilmiş Romir Nəcəfovu himayə edən yaxın dostu, Zərdab rayon icra başçısının köməkçisi Səməd Cəfərovdur. Həmin şəxsin də diplomu saxtadır və özünü saxta yolla hərbi xidmətə yararsız edib. Zərdab rayonunun Otmanoba kəndində Səməd Cəfərova məxsus olan böyük balıq gölünü və mal-qara fermasında təmizlik işlərini dostu Romir Nəcəfov dövlətin texnikaları ilə həyata keçirir.
İdarənin sürücülərinə məxsus yanacaq kartları müdir Romir Nəcəfovun cibindədir və yanacağı özü götürüb şəxsi işlərinə istifadə edir. Həmçinin idarəyə məxsus "Kia" markalı avtomobilin sürücü ştatı olduğu halda, maşını özü idarə edir. Həmin avtomobildə elektron GPS aparatı fa var, onun yoxlanılmasına zərurət var. Yanacaq pulunu təyinatı üzrə xərcləmədiyi üçün idarənin yanacaqdoldurma məntəqəsinə 1050 manat yanacaq pulu borcu var.
Romir Nəcəfov mexannik Rəhimli Məhəmməd Mübariz oğlunun ştatını qanunsuz olaraq dəyişdirib gözətçi vəzifəsinə keçirmişdir. Halbuki, bunu işçinin öz razılığı ilə etməlidrlər.
Zərdab rayon Sukanal İdarəsinin müdiri Romir Nəcəfovun dövlət vəsaitini açıq-aşkar talan etməsi faktı obyektiv araşdırılmalı və o, məsuliyyətə cəlb edilməlidir.
P. S. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq