Beyləqanda şəhid anasını təhqir edən idarə müdiri niyə cəzalandırılmır?

Beyləqanda şəhid anasını təhqir edən idarə müdiri niyə cəzalandırılmır?
 

Beyləqanda şəhid anasını təhqir edən Azim Kərimov niyə cəzalandırılmır?

Xeyli müddətdir ki, dəqiq faktlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş verən korrupsiyadan yazırıq.

Hətta cənab Prezidentimiz İlham Əliyev müşavirədə bu qurumda su itkisinin 40-50 faiz olmasını analoqu olmayan hal kimi bildirdi və bunu korrupsiya adlandırdı.

Gəlin, əsas mövzuya keçməzdən öncə yazıda adı keçən şəhid Rüstəmov Elnur haqqında məlumatla tanış olaq.
Rüstəmov Elnur İsmayıl oğlu 1986-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

Elnur Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə viruşub. Elnur Rüstəmov 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Əsgər kimi, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsində şəxsi igidliyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə,18.12.2020-ci il tarixdə "İgidliyə görə" medalı ilə, 24.12.2020-ci il tarixdə "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 25.12.2020-ci il tarixdə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bütün xalq və cənab Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd edib ki, şəhid və qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər kəsin borcudur. Təəssüf ki, bəzi məmurlar bunun nə demək olduğunu hələ də anlamaq istəmir. Məsələn, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri Azim Kərimov kimilər, şəhidin valideynlərinin qiymətini hələ də bilmir.

Daxil olan videogörüntü və xəbərə görə, 10 iyun 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, Beyləqan rayonu Kəbirli kənd sakini, şəhid Rüstəmov Elnur İsmayıl oğlunun anası Salatın Rüstəmovanı həmkəndlisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsdinin müdiri Azim Kərimov təhqir edib, onu əxlaqsız adlandırıb!

Belə ki, şəhidin anası Rüstəmova Salatın Şiraslan qızı Azim Kərimovun tarix müəllimi olan həyat yoldaşı tərəfindən təhqir olunub. Bununla bağlı şəhid anası iş yerinə gedib, Azim Kərimova müraciət edib. Su idarəsinin müdiri Azim Kərimov şəhidin anasına “ Yaxşı eləyib səni təhqir eləyib” cavabını verib. Bu cavabdan sonra şəhidin anası ciddi stress keçirib.

Bəs görəsən, Beyləqanın icra başçısı Asif Ağayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Azim Kərimovun şəhid anasını təhqir etməsinə münasibət niyə bildirmirlər?!

Mövzunu gündəmdə saxlayacağıq.

P. S. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

 

0.027645111083984