Ukrayna müharibədə Rusiya Silahlı Qüvvələrinin itirdiyi hərbçilərin sayını açıqladı.

 Ukrayna müharibədə Rusiya Silahlı Qüvvələrinin itirdiyi hərbçilərin sayını açıqladı.
 

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkilərinin sayı 35 450 hərbçi təşkil edir”.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1572 tank, 3720 zirehli maşın, 781 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 103 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 185 helikopter, 640 operativ-taktiki PUA, 142 qanadlı raket, 14 gəmi/qayıq və 61 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Paralel.az

 
0.014279842376709