Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” 

“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” 
 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin işğal etdikləri Xersonun mülafiəsi üçün taktiki nüvə silahının tətbiqinə hazırdır.
.
Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («24 kanal»).

“Rusiyanın mənasız və özünəqəsd hərbi aksiyasını - nüvə silahı ilə bir Ukrayna şəhərini məhv etməyi həyata keçirmək üçün bir qrup insanın bu prosesə aktiv cəlb olunması lazımdır. Ehtimal var ki, Putin taktiki nüvə silahı tətbiq etsin» - deyə, o, qeyd edib.

Bununla bərabər, publisist «Exo Moskvı» radiostansiyasının baş reaktoru Aleksey Venediktovun sözlərini xatırlayıb.
O, deyib ki, Xersonun müdafiəsi zamanı Putin taktiki nüvə silahı tətbiq etməyə hazırdır: “Venediktovu tanıyıram. Əgər eşitməsəydi, bunu uydurmazdı”
Pintkovskinin fikrincə, əgər nüvə zərbəsi endirmək yalnız Putindən asılı olsa idi o, bu zərbəni həyata keçirərdi. Amma bunu reallaşdırmaq xeyli mürəkkəbdir.

Paralel.az

0.017966985702515