Rusiya Kiyevə niyə raket atır?

Rusiya Kiyevə niyə raket atır?
 

Siracəddin Hacı:

Rusiya Xəzər dənizindən Kiyevə raket atdı, sonra başqa şəhərləri də raket atəşinə tutdu, dinc insanları öldürdü, hərbi cinayətlərinin sayını artırdı. Hər hərbi hərəkatın bir siyasi hədəfi də olur. Rusiyanın bu addımları işğal hərəkatının üçüncü mərhələsinin başlandığını göstərir:
- Birinci mərhələ - Rusiya SÜRƏTLİ İŞĞAL yolu seçdi: bir həftəyə Kiyev-Ukrayna işğal olunacaq, Zelenski, komandası öldürüləcək, ya da ölkədən qaçacaqlar, Rusiyaya bağlı hökumət qurulacaq, Ukrayna Rusiyanın ağalıq məkanına daxil ediləcək;
- Plan baş tutmadı, işğal hərəkatının ikinci mərhələsi başladı, Rusiya ADDIM-ADDIM İŞĞAL yolunu seçdi, ərazini daraltdı, Donetsk-Luqansk bölgəsinə yönəldi, ağır itkilər versə də, Mariapolu ələ keçirtdi, Krımla torpaq bağı qurdu, Donetskin önəmli bir hissəsini işğal etdi;
- Üçüncü mərhələnin adı NƏTİCƏNİ QƏBUL ETDİRMƏKDİR – Rusiya Kiyevdən geri çəkiləndən sonra ikinci dəfə bu şəhərə raketlər atır, mesajları bunlardır:

1) Ukraynaya deyir ki, işğal olunmuş ərazilər Rusiyanındır, bunu qəbul et, ərazi itkisi ilə razılaş ki, savaş bitsin. Savaş başlayandan sonra Şoyqu ilk dəfə Donetsk bölgəsinə gəldi, əsgərlərlə görüşdü, bura Rusiyanın torpağıdır demiş oldu;

2) Rusiya Ukraynaya deyir ki, danışıqlara başla, yoxsa yeni ərazilər işğal olunacaq, Rusiyanın anlayışında danışıq boyun əymək, iddialarından əl çəkmək, köləliyi qəbul etməkdir;

3) Rusiyanın Kiyevə raket atması 7-lərin görüşündən və NATO sammitindən öncə oldu. Rusiya göz dağı verir, güclüyəm söyləyir, deyir ki, planımdan əl çəkməyəcəyəm, siz də, Ukrayna da bu bölgənin Rusiyanın təsir məkanı olduğunu qəbul edəcəksiniz;
- Rusiya başqa bir yol tanımadığından zorla, şiddətlə, işğalla, dinc insanları öldürməklə, şəhərləri xaraba qoymaqla mesajlar verir;
- Nəticə bunlardır:

1) Rusiya dərin olmasa da, bir nəfəs almış, Ukrayna torpaqlarının 20% işğal etmişdir;

2) Ukrayna savaşın indiki nəticələrini rədd edir;

3) Savaş uzanacaq;

4) Rusiya Ukraynanı yeni ərazilərin işğalı ilə təhdid edəcək, işğal hərəkatını davam etdirməyə çalışacaq – Ukraynanın iradəsini qırmağın başqa yolu yoxdur;

5) Ukrayna bir vəhşi dövlətlə, quduz ordu ilə savaşır, daha çox, ciddi, səmimi yardıma ehtiyacı var;
- Savaş niyə uzanacaq? Şavaşın bitməsinin şərtləri bunlardır:

1) Ukrayna ərazisinin işğalı ilə barışmalıdır;

2) Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməlidir;

3) Ukrayna Rusiyanı məğlub etməlidir;

4) Rusiya Ukraynanın iradəsini qırmalıdır - bunların heç biri gerçəkləşmədiyinə görə savaş davam edəcək;

Paralel.az

0.023159980773926