Müharibə Rusiya ərazisinə keçib - “Şaman batalyonu” 

Müharibə Rusiya ərazisinə keçib - “Şaman batalyonu” 
 

kraynanın xüsusi təyinatlılarından ibarət olan “Şaman batalyonu” müharibənin Rusiya ərazisinə keçdiyini etiraf edib.

“Paralel.az” xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, adı açıqlanmayan iki hərbçi “The Times” nəşrinə müsahibə verərkən, Rusiya ərazisində əməliyyatlar apardıqlarını etiraf ediblər: “Əsas hədəfimiz Rusiyanın neft emalı zavodları, silah-sursat anbarları və rabitə şəbəkələridir. “Şaman batalyonu” daim düşmənin arxa xəttinə keçərək əməliyyatlar aparır. Bu, sərhəddən kənarda mina yerləşdirməyə bənzəyir. Ruslar nə baş verdiyini anlamır, çox vaxt orada olduğumuza inanmırlar”.

“The Times” nəşri yazır ki, “Şaman batalyonu” Ukrayna hərbi kəşfiyyatının hücum və kəşfiyyat qolu hesab olunur.

Batalyon üzvləri paraşütlə tullanma və alpinizm üzrə xüsusi bacarıqlara sahibdirlər.

Ukrayna Kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib ki, “Şaman batalyonu”nun hər bir üzvü ən çətin missiyaları yerinə yetirmək üçün hazırlanır, onlar Ukraynanın ən yaxşı və cəsur hərbçiləridir.

0.022625923156738