RESPONDENTLƏRİN 67%-İ “ASAN XİDMƏT”İN FƏALİYYƏTİNDƏN RAZIDIR – SORĞU

RESPONDENTLƏRİN 67%-İ “ASAN XİDMƏT”İN FƏALİYYƏTİNDƏN RAZIDIR – SORĞU
 

Paralel.az xəbər verir ki, MTM (Media Təhlil Mərkəzi) “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 625 respondentin 37%-ni qadınlar, 63%-ni kişilər təşkil edib.

Sorğu əsasında məlum olub ki, respondentlərin 67%-i “ASAN Xidmət”in fəaliyyətindən razı, 6%-i isə narazıdır. Cavab verənlərin 22%-i qurumun fəaliyyətinin qənaətbəxş olduğunu, iştirakçıların 5%-i “ASAN Xidmət”ə müraciət etmədiklərini bildiriblər.

Bir neçə variant seçmək imkanı olan respondentlər növbəti sualı cavablandırmaqla “ASAN Xidmət” mərkəzlərinin daha çox hansı xidmətlərinə müraciət etdiklərini açıqlayıblar.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi – 78%;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi – 41%;

Notariat fəaliyyəti – 33%;

Digər – 25%;

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi – 19%;

Məhkumluq barədə arayışların verilməsi – 18%;

Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı – 15%;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı – 14%;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi – 14%;

İstifadə etməmişəm – 7%;

Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı – 6%;

Miqrasiya xidməti – 4%;

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi – 3%.

Sorğu iştirakçılarının 80%-i daha çox “ASAN Xidmət”in, 4%-i “ASAN Kommunal”ın, 5%-i “ASAN ödəniş”in, 1%-i “ABAD” publik hüquqi şəxsin xidmətlərindən razı olduğunu qeyd edib. Cavablar əsasında məlum olub ki, iştirakçıların 10%-i “ASAN Xidmət”in digər fəaliyyət sahələrindən daha çox razıdır.

Cavab verənlərin 45%-i “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətini yaxşı, 17%-i qənaətbəxş hesab edib. “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən razı olmadığını bildirənlər respondentlərin 6%-ni təşkil edib. İştirakçıların 32%-nin isə “ASAN Kommunal”a müraciət etmədiyi məlum olub.

İştirakçıların 49%-i “ASAN Xidmət”in çağrı mərkəzinin fəaliyyətindən razı, 8%-i narazı olduğunu bildirib. Çağrı mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edənlər respondentlərin 16%-ni təşkil edib. Sorğu iştirakçılarının 27%-i isə sözügedən çağrı mərkəzinin xidmətindən istifadə etmədiyini deyib.

0.02406907081604