Tokayevin mesajları

Tokayevin mesajları
 

Siracəddin Hacı:

Qazaxıstan Prezidenti Tokayev önəmli bir addım atdı, zalım Putinin gözünün içinə baxa-baxa dedi ki, biz Osetyanın, Abxaziyanın, Tayvanın, Donbasın, Luqanskin müstəqilliyini tanımırıq – bunlar qondarma dövlətlərdir, hər dövlətin ərazi bütövlüyünə hörmət edirik. Tokayev Rusiyanın vermək istədiyi ordendən də imtina etdi.
Tokayevin mesajları bunlardır:
- SSRİ-nin bərpasına qarşıyıq;
- Rusiyanın ağalığında yaşamaq istəmirik;
- Rusiya zəifləyir;
- Putin nüfuzunu itirir;
- Tarixi fürsəti doğru dəyərləndirin;
- Rusiyaya qarşı cəbhəni genişləndirin;
- Rusiyanın təsir məkanından çıxmaq üçün addımlar atın;
- Bütün imkanlarınızla Ukraynaya yardım edin;
- Müstəqil, azad yaşamaq imkanımız Rusiyanın məğlubiyyətinə bağlıdır;
- Yeni əlaqələr qurun;
- Siyasi, iqtisadi, hüquqi islahatlar həyata keçirin;
- Xalqınıza və dünyaya bağlanın;
- Yatmaq, gözləmək deyil, cəsarət və hərəkət vaxtıdır;
- Putin və Rusiya öz hayındadır, kimisə xilas etmək, qorumaq imkanı olmayacaq;


 Paralel.az

0.033216953277588