AQTA qida təhlükəsizliyini təmin etməyi niyə undub?!

AQTA qida təhlükəsizliyini təmin etməyi niyə undub?!
 

Agentliyin fəaliyyətini rüşvət və korrupsiya iflic edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli vəzifəyə təyin olunanda elə danışdı ki, xalq agentliyin ölkənin qida sahəsində baş verən təhlükəli hallara son qoyulacağını və bu sahədə əməlli-başlı dönüş yaranacağını düşündü.

AQTA-nın ölkədəki fəaliyyətini bir cümlə ilə, ataların dediyi ifadəni dəyişib, belə desək, yəqin, daha doğru ifadə etmiş olarıq:- sən saydığını say, gör, Qoşqar Təhməzli nə sayır?!

AQTA yarandığı və Qoşqar Təhməzli bu təşkilata rəhbər təyin olunduğu gündən, demək olar ki, təyinatı üzrə fəaliyyət göstərmir. Agentliyin adından da aydın görünür ki, təşkilatın təyinatı qida təhlükəsizliyini təmin etməkdir.

Qida təhlükəsizliyinin ölkədə təmin olunmasının nə qədər vacib olduğunu hər kəs yaxşı anlayır. Amma bu ciddi məsuliyyəti üzərinə götürən AQTA rəhbəri Qoşqar Təhməzli bu vacib işin ya məsuliyyətini dərk etmir, ya da marketlərdən, mağazalardan, bazarlardan, xaricə mal aparan və gətirən sahibkarlardan rüşvət toplamaq başını çox bərk qatıb.

Bakı şəhərində fəaliyyət göstərən çoxsaylı şadlıq saraylarında ,az qala, keyfiyyətsiz və təhlükəli qidalarla hər gün baş verən kütləvi zəhərlənmə hallarının, mağaza, market və bazarlarda satılan vaxtı keçmiş qidaların (xüsusən kütləvi zəhərlənmə mğnbəyi olan), saxta içkilərin, köhnə, mənşəyi məlum olmayan yarasız ətin və digər insan həyatı üçün çox təhlükəli olan məhsulların satılmasının qarşısını almaq hələ də Qoşqar Təhməzlini maraqlandırmır!

Pandemiyadan sonrakı günlərdə apardığımız uzunmüddətli araşdırmalar nəticəsində məlum olub ki, AQTA rəhbəri Qoşqar Təhməzlini ölkədə qida təhlükəsizliyini təmin etmək yox, yalnız market, mağaza, bazar və şadlıq saraylarından və digər qida məhsulları satılan obyektlərdən əldə olunan "aylıq" maraqlandırır...

Şahnaz

 

0.018707990646362