Şeyx Nizami mərhəməti, sosial dövləti tanıdır

Şeyx Nizami mərhəməti, sosial dövləti tanıdır
 

 

Siracəddin Hacı:
- Allahın mərhəməti sınırsızdır;
- O, insanın da mərhəmətli olmasını istəyir;
- Mərhəmət fitri duyğudur, ehtiyacdır, hava, su, qida kimidir;
- Mərhəmət olmasa, əxlaq çökər, insan da, toplum da ölər – çürüyər;
- Mərhəmət dövlət idarəçiliyinin əsaslarından biridir;
- Mərhəmətli dövlət sosial dövlətdir;
- Mərhəmətin varlığının əlaməti söz deyil, işdir, saleh əməllərdir;
- Mərhəmətli – sosial dövlətin əsası budur: hakimiyyət, dövlət, sərvət, vəzifə, ölkənin bütün imkanları İNSAN ÜÇÜNDÜR;
- Mərhəmətli dövlət insanlara ehtiyacları qədər pul ayırar, halal dolanışıq imkanlarını artırar, insanların harama bulaşmasına yol verməz;
- Mərhəmətli dövlət, mərhəmətli dövlət başçısı gözəl işləri ilə insanlara ümid verər, onların əlindən tutar, göz yaşlarını silər, bağrına basar, qoruyar, onları əsla darda qoymaz;
- Seçici olan – bəlli bir qrupa aid edilən mərhəmət mərhəmət deyil, əxlaqsızlıqdır;
- Mərhəmət dövlətlə, hakimiyyətlə, dövlət başçısı ilə xalqı bir-birinə bağlayar;
- Sosial dövlət hər kəsə ədalət, hər kəsə mərhəmət ölçüsü ilə hərəkət edər;
- Zülm varsa, mərhəmət yoxdur;
- Mərhəmət böyüklük qazandırar;
- Böyüklüyün ölçüsü mərhəmətdir;
- Böyük dövlət mərhəmətli dövlətdir;
- Güclü lider mərhəmətli liderdir;
- Mərhəmətli olmaq insana üç şey qazandırar: dəyər, xalqın sevgisi, Allahın rizası;


Paralel.az

0.017248868942261