48 yaşında ana olan "Kurtlar Vadisi"nin aktrisası əkizlərini paylaşdı - FOTO

48 yaşında ana olan
 

Aprel ayında əkizlərinə qovuşan türkiyəli aktrisa Seray Sever qızlarının ilk fotolarını paylaşıb.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial media hesabında Sofiya və Alyanın fotolarını paylaşan Sever “Allahım bəd nəzərdən qorusun” bu qeydi atıb.

Sever yaşadığı çətin günləri izah edərkən göz yaşlarına boğulub:

“20 gün sonra xəstəxanadan çıxdım. Əməliyyatım çox ağır keçdi.  Əməliyyat 3,5 saat çəkdi. Tez uşaqları götürdülər”- o söyləyib.

Aktrisa anasının da 48 yaşında hamilə qaldığını deyib:

“İnancımı itirə bilərdim. Anam 48 yaşında təbii yolla hamilə qaldı. Mən ona çox inanırdım. Mən də 48 yaşımda hamilə qaldım” - o bildirib.

Qeyd edək ki, S.Sevər "Kurtlar Vadisi" serialında Dərya obrazını canlandırıb.

Fidan
Paralel.az

 

 

 

0.0170738697052