Millət vəkili: "TƏBİB fəaliyyət göstərə bilmir və uğursuz bir quruma çevrilib".

Millət vəkili:
 

TƏBİB yaradılanda hər kəs ölkə səhiyyəsində mövcud nöqsanların aradan qalxacağını düşündü.

Lakin əvvəlcə sədr Ramin Bayramlının sonra da sədri əvəz edən Vüqar Qurbanovun rəhbərliyilə rüşvət və korrupsiya dolabı kimi xalqı talayan xəstəxanaların direktor və baş həkimlərinin yuvasına çevrilmiş TƏBİB-in fəaliyyətindən bütün millət şikayət edir.

“Azərbaycan səhiyyəsinin idarəetməsində ikibaşlılıq var. İkibaşlı idarəetmə özünü doğrultmur”. Paralel.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, TƏBİB fəaliyyət göstərə bilmir və uğursuz bir quruma çevrilib.

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlər barədə prezidentə müraciət etmirlər? Bacarmırlarsa, desinlər, xaricdən mütəxəssislər cəlb edilsin”, - deyə Qüdrət Həsənquliyev əlavə edib.

Deputat təklif edib ki, TƏBİB ya Səhiyyə Nazirliyinin tabeliyinə verilsin, ya da Səhiyyə Nazirliyi ləğv olunsun.

Şahnaz

0.020678997039795