Əlillər niyə qan ağlayır?

Əlillər niyə qan ağlayır?
 

Sahil Babayev qazilərə əlilliyi gözəyarı təyin edir

Sahil Babayev nazir təyinatı alandan sonra Azərbaycanda əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin ehtiyaclarının ödənilməsinə hökumətin yanaşması tamamilə dəyişdi. Nazir bunun adını "islahat" qoysa da, bu sahədə vəziyyət gərginləşməyə başladı. Əvvəlcə əlillik dərəcəsi ilə əmək pensiyası müavinət alanların senzurası başladı. Kimin əlillik təyinatının müddəti başa çatdısa, heç bir xəbərdarlıq etmədən müavinəti ya pensiyası kəsildi. 21 əsrdə yaşamağımıza baxmayaraq, vətəndaşa xəbərdarlıq edilmir ki, sizin əlillik təyinatınızın vaxtı bitib, o üzdən, siz yenidən yoxlamadan keçməlisiniz ki, görək əmək qabiliyyətiniz bərpa edilib, yoxsa yox. Əslində, qayda doğrudan da belə olmalıdır, əlillik təyinatının müddəti bitmiş vətəndaşlar Tibbi Sosial Ekspertiza Komissiyasına dəvət olunmalı dövlət hesabına tibbi müayinədən keçməlidi. Yalnız bu müayinənin nəticəsinə uyğun olaraq TSEK tərəfindən vətəndaşın əlillik dərəcəsi ləğv edilə ya yenidən təyin edilə bilər. Bizdə isə TSEK gizlin radar quraşdıran yol polisi kimi güdükdə durur, kimin əlillik təyinatının vaxtı keçirsə, dərhal verilən vəsait dayandırılır. Tutaq ki, hələ əlilliyi bərpa edilməyən bir əlilin komissiya vaxtı keçib, amma vətəndaş faktiki əmək qabiliyyətinə malik deyil. Kartını bankamata salanda məlum olur ki, onun kartına aylıq vəsait köçürülməyib. Həmin əlil yenidən TSEK-ə müraciət edir, bir neçə dəfə elektron müraciətdən sonra onun əlilliyi yenidən təyin edilir. Bu arada azı 5-6 ay, bəzən isə bir il həmin əlil müavinat ala bilmir. Hökumət düşünürmü ki, əlilin müavinatsiz qaldığı dövrdə o, hansı vəsait hesabına dolanmalıdır? Dilənməlidirmi..? Bəli, elə bu səbəbdən günbəgün ölkədə dilənçilərin intihar edənlərin sayı artır - bacaran dilənir, bacarmayan isə intihar edir, bu qədər sadə.

Qohum-əqrabanın yardımı ya dilənməklə yaşayıb, əlilliyin bərpa etdirməyi bacaran vətəndaşlara isə arada buraxılan ayların müavinatı birdəfəlik verilmir. Buraxılan aylar hesabına yığılan vəsait azdırsa altı aya, çoxdursa bir ilə bölünərək vətəndaşa verilir ki, büdcə gücə düşməsin - əlil vətəndaş ac qalsa da olar. Heç cür anlaşılmır ki, bu necə yanasmadır, vətəndaşın vəsaiti ixtisar ediləndə büdcədə profsit (artıq) yaranmır, amma vətəndaşın yığılmış vəsaitini bir dəfəyə verəndə büdcədə defisit (çatışmazlıq) yaranır? Amma onu da qeyd edim ki, əlillik müddəti bitmiş əlillərin xəstəliyi vizual görünən deyilsə, o adamın əlilliyinin sübut edilməsi çətin məsələdir. Məsələn, bu sətirlərin müəllifi bir neçə psixi xəstə tanıyır ki, onların əqli çatışmazlığı olsa da, həmin vətəndaşlar ildə iki-üç dəfə Maştagada müalicə alıalar da əlilliyini bərpa edə bilmir. Belə əlillərin bütün məsuliyyəti Sahil Babayevin onun rəhbərlik etdiyi nazirliyin məsul şəxslərinin üzərinə düşür. Beləcə, bir tərəfdən əlilliyin bərpasına təyin edilməsinə törədilən süni əngəllər, pensiya yaşının artırılması əmək pensiyası üçün tələb edilən sığorta kapitalının məbləğinin artırılması son 4 ildə ölkədə pensiyaçıların sayını 150 min nəfər azaldıb. Bir tərəfdən bəyan edirlər ki, əhalinin orta ömrü uzandığını görə pensiya yaşı 65-ə çatdırılıb. Digər tərəfdən isə pensiya yaşının artırılması ölkədə pensiyaçıların sayının azalması ilə nəticələnib. Əgər doğrudan da ölkə vətəndaşlarının orta ömrü uzanmış olsaydı pensiya yaşının uzadılması pensiyaçıların sayının azalması ilə nəticələnməzdi. Pensiya yaşının artırılması nəticəsində təqaüdçülərin sayı azalırsa, deməli orta ömür uzunluğunun artmasını ifadə edən rəqəm reallıqları əks etdirmir. Yəni ölkə vətəndaşlarının orta ömür uzanmayıb, hökumət bu statistikanı öz xeyirinə saxtalaşdırıb. Məqsəd isə indi bəlli olur ki, elə təqaüdçülərin sayını azaltmaqla dövlət büdcəsinə qənaət etmək olub.

Əgər ölkə iqtisadiyyatı hər hansı bir böhrandan əziyyət çəksəydi, ölkədə maliyyə defisiti yaransaydı, bəlk bu siyasəti anlayışla qəbul etmək olardı. Bir tərəfdən ölkədə korrupsiya çiçəklənir, digər tərəfdən neftin qazın qiyməti bahalaşıb, hökumətin gəlirləri son on il ərzində ən yüksək həddə çatıb. Düzdür, sözügedən siyasətə - təqaüdçülərin sayının azaldılmasına dörd il əvvəl start verilib, amma indi şərait yaxşılığa doğru dəyişib, dövlətin maliyyə imkanları genişlənib. Lakin sosial müdafiə sistemində dörd il əvvəl başlanılan siyasət hələ bavam edir, özü daha aqressiv formada.

Belə ki, heç olmasa bu siyasəti 44 günlük müharibə iştirakçılarına qarşı tətbiq etməsəydilər dərd yarı idi. Daha yüksək əllillik dərəcəsi haqq edən qaziyə aşağı səviyyəli, aşağı səviyyəli əlilliyə haqq edənə isə ümumiyyətlə əlillik verilmir. Bir qədər konkretləşdirsək, qazilərdən, yalnız dayaq-hərəkət sistemində qüsuru olanlara - yəni kor-kor, gör-gör şikəst olana əlillik verirlər. Bədən üzvləri salamat olan, lakin psixoloji durumu normal olmayan ya daxili orqanlarda problemləri olan qazilərə əlillik verilmir ki, siz sağlamsınız. Yəni Sahil Babayev əlilliyi gözəyari təyin edir.

Əslində, əlilliyin təyin edilməsi üçün formalaşdırılan elektron müraciət forması da əlilliyin təyinatının zamanla uzadılması hesabına əlillərin sayının azaldılmasına hesablanıb. Məsələn, şəxsən tanıdığım, ayaq pəncəsi topuqdan amputasiya edilmiş bir əlil üçün üç dəfə müraciət edildikdən sonra xəstənin israrı ilə ona, əyani müayinə təyin edildi. Həmin əllil, yalnız Bakıda Əlillərin Bərpası Mərkəzində əyani müayinədən sonra əlilliyini bərpa edə bildi. Axı üçün əlilliyi haqq etmiş insan yüzlərlə kilometr məsafə qət edərək, rayondan Bakıya əyani müayinəyə gəlməlidir? Gəlməsə, mütləq rayonda rüşvət verərək əlillik almalıdır. Çünki mərkəzdə oturanlar yerlərdəki strukturlara inanmır, elə bilirlər adam sağlamdır, həkimlər rüşvət alıb, əlillik təyin edirlər - onlara isə hesab çatmır.

Bir məsələni qeyd edim ki, Sahil Babayev bu kampaniyanı saxta əlillərin ifşa edilməsi ilə maskaladı. Guya yeni nazir, köhnə nazirin dövründə saxta əlillik alan şəxsləri ifşa etmək istəyib. Ancaq indi nəyinki saxta əlillik alanlardan, hətta qanuni əlillərdən , əlilliyin təyinatı üçün külli miqdarda rüşvət alınır.

Fikrimizcə, nazirlik onun rəhbəri Sahil Babayev bu sahədə ruşvəti aradan qaldırmaqda səmimi olsaydı, özündən əvvəl saxta əlillik alan şəxslərə aministiya verərdi bundan sonrakı təyinatlarda saxta əlilliyin verilməsinə son qoyardı. Çünki Azərbaycan neft-qaz ölkəsidir, amma vətəndaşlarına bu sərvətlərdən bəhrələnmək üçün birbaşa çıxış vermir. Yəni vətəndaşa sərvətdən birbaşa heç bir vəsait ayrılmır. Bunu nəzərə alaraq, keçmiş əlillərin təftişinə son qoymaq olardı. İndi isə maraqlı vəziyyət yaraıb - bir tərəfdən saxta əlillik ifşa edilir, digər tərəfdən isə rüşvət müqavilində saxta əlilliklər verilir. Hətta, real əlillər öz hüquqlarını qorumaqdan bezirsə, onlardan da rüşvət alınır.

0.022402048110962