Sumqayıtda qızını elektrik naqili ilə boğub öldürən atanın məhkəməsi başlayır

Sumqayıtda qızını elektrik naqili ilə boğub öldürən atanın məhkəməsi başlayır
 

Sumqayıt şəhərində qızını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Salam Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Paralel.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 26-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında baş verib. 

Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı  şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

0.066808938980103