Azərbaycanda təhlükəli qidalar meydan sulayır

Azərbaycanda təhlükəli qidalar meydan sulayır
 

Səmərəli qida təhlükəsizliyi sisteminin qurulmasına mane olur?

İstənilən ölkənin qida təhlükəsizliyi onun sərhədləri qədər həssas şəkildə qorunmalıdır. Ona görə ki, təhlükəsiz qida, sağlam vətəndaş deməkdir. Vətəndaşlar sağlamdirsa, bir tərəfdən dövlətin səhiyyə xərcləri azalır, digər tərəfdən sağlam vətəndaş həm işləyərək özünü dolandırır, həm dövlət budcəsinə vergi ödəyərək ölkə iqtisadiyyatına töhfə verir s. Əks təqdirdə ölkənin səhiyyə ocaqları xəstə ilə elə dolacaq ki, həkim persionalı hamıya gərəkən xidməti göstərə bilmək imkanlarına malik olmayacaqlar - hazırda Azərbaycanda olduğu kimi...

Ölkəmizdə sağlam qida zəncirinin qırıldığı, artıq onillərdir hamıya bəlli reallıqdır. Bu səbəbdən vətəndaşlarımız arasında müxtəlif xəstəliklər, əsasən ürək-damar həzm sistemi xəstəlikləri geniş yayılıb. Buraya ətraf mühit çirklənməsi səbəbi ilə yuxarı tənəffüs yollarının pandemiya səbəbi ilə yaranan psixi xəstəlikləri əlavə etsək, Azərbaycan xalqının sağlamlıq durumunun hansı səviyyədə olduğu barədə aydın təsəvvür yarada bilərik. Mən bu yazıda, yalnız qida sağlamlığına onun indiki durumuna diqqət yetirməyə çalışacam.

Bu yaxınlarda doğulub, boya-başa çatdığım Beyləqan rayonunun Orta Əlinəzərli kəndini ziyarət etdim. Onu da qeyd edim ki, qardaşımın yaşadığı ata yurdunda geniş həyətyanı ərazi var. Bütün kənd camaatı kimi qardaşım da, ev təsərrüfatına malikdir.

Səhər həyətdə oturub söhbət edirdik ki, köhnə "Qaz-24" markalı maşınının yük yerini "Picap" tipli avtomobillərdə olduğu kimi düzəldib, üzərinə süd çənləri quraşdıraraq əhalidən süd alanın gəldiyini gördük. Uşaqlar bir az əvvəl "seperator"da (müasir nehrə, mexaniki nehrə demək olar) yağı alınan - üzsüz südü vedrələrdə daşıyıb, süd alana təhvil verdilər. Maraq məni götürdü ki, bu üzsüz südü məqsədlə alırlar? Bu yerdə bir haşiyə çıxım ki, uşaq vaxtı biz Kəlbəcər rayonunun yaylaqlarında istirahət edəndə, ətrafımızdakı fermalarda çoban kimi çalışın ağsaqqallar qadınlara bərk-bərk tapşırdı ki, üzsüz südü çaya tökün, yoxsa itlər içib, qotur olarlar. Mənim uşaqlıq yaddaşımda üzsüz süd belə imicə, bu statusda qalib.

Südalanı saldım çənəmin möhkəm yerinə - ciddi sorğu-sual etdim. Südalanın dediklərindən belə çıxdı ki, kənd camaatından qəpik-quruşa aldıqları südü açdıqları emalatxanada "bərpa edib", təbii süddən yağlı süd alırlar. Həmin süddən isə hər cür ağartı məhsulları istehsal etmək mümkündür. Südalan əlavə etdi ki, bu süd bərpa ediləndən sonra ondan alınan xamanı, yağı ayranı özü istifadə edir, çox dadlı olur.

Bakıya qayıdandan sonra bu barədə araşdırma apardım. Qida sənayesi mütəxəssisləri ilə söhbətlərimdə soruşdum ki, "üzsüz südü bərpa edərək ondan dadlı ağartı məhsullarının alınması" necə baş verir? Məlum oldu ki, kəndlərdən toplanan üzsüz südü 70 dərəcəyə qədər qızdırılaraq onun içərisinə palma (toxumlarından alınan), marqarin digər ucuz yağları qarışdırırlar. Bundan sonra sözügedən məhlulu həmin tempraturda sentrafuqa qurğusunda sürətlə qarışdıraraq rəngli, bircinsli maye alırlar. Bu məhsul yağlılığı yüksək olan südü (camış südünü) xatırladır. Növbəti mərhələdə həmin "yağlı süd"dən hansı məhsul hazırlanacaqsa, ona uyğun kimyəvi dadlandırıcı əlavə edilir. Bu yarımfabrikatdan "kərə yağı", "camış qatığı", "smetan" s. kimi ağartı məhsulları hazırlayıb, nəfis şəkildə qablaşdırıb, marketlərin bəzəkli piştaxtalarından ucuz qiymətə bizə sırıyırlar.

Belə məhsulların laborator müayinəsi zamanı isə mütəxəssislərin bildiyi ənənəvi bir üsul var - məhsulun tərkibində süd turşularının aşkarlanması. Yuxarıda qeyd etdiyimiz emal prosesindən keçən məhsulda isə süd turşusu mütləq aşkarlanır, çünki tərkibində təbii süd komponenti - üzsüz süd var.

Beləliklə, bizə 9-11 manata "kərə yağı" adı altında sırınan məhsul laborator müayinədən "üzüağ" (Rövşən Kəbirlinin dediyi kimi...) çıxır. Bu texnalogiyanı Azərbaycan mütəxəssisləri kəşf etməyib. zamansa, bu texnologiyadan Qərbin, Amerikanın digər inkişaf etmiş ölkələrin qida sənayesində çalışan sahibkarlar istifadə edib. Lakin onlar hökumət tərəfindən ifşa edildikdən sonra bu möhtəkirlikdən əl çəkiblər. İndi isə bu texnologiya bizim sahibkarlara satılıb satılır.

Digər tərəfdən isə qeyd etdiyim ölkələrdə insanların maddi imkanları yüksək olduğundan baha başa gələn təbii məhsulları almaq iqtidarında olan alıcı bu alıcı uğrunda mübarizə aparan rəqiblər var. Bütün bunlar məsələyə təsir edən həlledici amillərdir.

İnkişaf etmiş ölkələrdə sonradan ağartı məhsullarının təbiliyini təsdiqləmək üçün məhsulun tərkibində süd turşulari axtarışına son qoyaraq, məhsulun tərkibindəki yağların mənşəyini öyrənməyə basladılar. Belə laborator müayinə təbii məhsulu saxta analoqlarından dərhal ayırd edə bilir.

Azərbaycan bazarlarına yuxarıda qeyd etdiyimiz saxta məhsulların ayaq açmasının bir səbəbi , vətəndaşlarımızın maddi imkanlarının aşağı olmasıdır. Təbii məhsul sözsüz ki, bir qədər baha başa gəlir. Belə məhsulu isə nəinki azərbaycanlı pensiyaçı, hətta, işləyən əmək qabiliyyətli insanlar belə, ala bilmir. 300-600 manat maaş alan zəhmətkeş, 240-300 manat məvacib alan pensiyaçı 20 manata təbii kərə yağını necə ala bilər?

Qida mütəxəssisləri ilə söhbətim zamanı bir məsələ aydın oldu ki, Azərbaycan bazarlarında dünya brendlərinin kərə yağı kimi təqdim olunan məhsullar da tam təbii deyil. Diqqət etsəniz görərsiniz ki, dünya brendlərinin məhsulları Azərbaycanda hansısa şirkət tərəfindən qablaşdırılaraq satışa çıxarılır. Mütəxəssislərin dediyinə görə, qablaşdırilma zamanı məhsulun qiymətini ucuzlaşdırmaq məqsədi ilə həmin yağların da tərkibinə ucuz yağlar əlavə edilir.

Ümumiyyətlə, Azərbaycanda qida təhlükəsizliyi sistemi (buna sistem demək mümkunsə...) işlək mexanizmə malik deyil. Belə ki, yalnız bir dövlət qurumunun (AQTA) inzibati nəzarətinə əsaslanan təhlükəsizlik sistemi bazar iqtisadiyyatı şəraitində səmərəli çalışa bilməz. Çünki bazar iqtisadiyyatı şəraitində on minlərlə istehsalçı satıcı iqtisadi proseslərdə iştirak edir. Bir dövlət qurumu bunların hamısına inzibati qaydada nəzarət etmək imkanına malik ola bilməz. Bu səbəbdən ölkədə istehlakçıların keyfiyyətsiz mal xidmətlərdən şikayət etmə imkanları sadələşdirilərək, bu mexanizm vasitəsi ilə qida təhlükəsizliyinə səmərəli nəzarəti sistemi qurmaq mümkündür. Hər bir müştərinin asanlıqla keyfiyyətsiz mal xidmətdən şikayət edib, keyfiyyətsizliyi rəsmiləşdirmək imkanı olsa, ölkədə qida təhlükəsizliyinə başqa nəzarətçinin olmasına ehtiyac duyulmaz. Bir dəfə əlindən bir neçə manatlıq keyfiyyətsiz mal xidmət buraxıb, minlərlə ya milyonlarla manat cərimə olunan sahibkar məhsulun keyfiyyətinə hamıdan çox özü nəzarət edəcək ki, fabrikindən, zavoddan, zay ya pistaxtasından yararsız məhsul müştərinin əlinə kecməsin.

Belə bir mexanizmin qurulmasında isə görünür Azərbaycanda hökumət maraqlı deyil. Səbəb isə ondan ibarətdir ki, keyfiyyətsiz məhsul istehsal edən şirkətlərin böyük əksəriyyəti, demək olar, hamısı oliqarx-məmur biznesmenlərə məxsusdur. Bu da azmış kimi, onlar həm bazarda inhisarçı mövqeyə malikdirlər. Deməli, Azərbaycanda işlək qida təhlükəsizliyi mexanizminin qurulmasını əngəlləyən, yalnız iqtisadi deyil, həm siyasi səbəblər var.

0.016197204589844