Anomal istilərlə monipuliyasiya

Anomal istilərlə monipuliyasiya
 

Fermerlərə dəstək verək, yoxsa dövlət fermer təsərrüfatları quraq

Bu gün nəinki Azərbaycan, bütün dünya dlemma qarşısında qalıb - dünyanın aqrar nəhəngləri ya məhsul ixrac edə bilmir, ya da bunu reallaşdırmaq istəmir. Yeri gəlmişkən, qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən bu iki ölkədən kənd təsərrüfatı məhsullarının, əsasən ərzaq buğdası bitki yağlarının ixracı dayandırılıb. Rusiyadan ixracın dayandırılmasına ona dünya birliklərinin qoyduğu çoxsaylı sanksiyalar səbəb olub. Bəzi hallarda isə tərəfdaş dövlətlər özləri Rusiyadan məhsul ixracından imtina edir. Bir çox hallarda isə Rusiya hökuməti öz daxili tələbatını nəzərə alaraq kənd təsərrüfatı məhsullarının ixracına ya qadağa qoyur, ya da məhsulların ixracına rüsum tətbiq edir. Məsələn, Rusiya hər il 40 milyon ton ərzaq buğdası istehsal edir onun təxminən 30 faizini ixracata yönəldir. Rusiya bu ixrac potensialına ona görə nail ola bilmişdi ki, ölkəyə xaricdən təxminən elə bu qədər un məhsulları idxal edilirdi. Ona görə Rusiya buğda ixrac edə bilirdi. Hazırda isə Rusiyaya un məhsullarının idxalı dayandırılıb. Bu səbəbdən Rusiya buğda un ixracını dayandırmaq məcburiyyətində qalıb.

Digər tərəfdən, dünyanın əksər ölkələri Ukraynaya hücumu səbəbindən Rusiyaya qarşı olduğundan daxili tələbatı belə nəzərə almadan, həmin ölkələrə buğda digər kənd təsərrüfatı məhsullarının ixracını siyasi qərarla qadağan etməyə çatışırlar ki, "dost olmayan" ölkələrdə ərzaq böhranı yaransın. Rusiya bunu açıq şəkildə bəyan etməsə , Moskva hökuməti bu siyasi kursu əsas götürür.

Bununla yanaşı, dünyanın əsas buğda istehsalçılarından olan Hindistan Pakistan da məhsul ixracatına qadağa qoydu. Bu ölkələr ərazilərində baş verən anormal istiləri əsas gətirərək buğda ixracını dayandırıblar. Lakin çox maraqlıdır ki, havaların isti keçməsi, heç buğdanın məhsuldarlığına mənfi təsir göstərmir. Əksinə, erkən yazda havaların isti keçməsi taxılın məhsuldarlığını artırır. Fikrimizcə, Hindistan da Rusiya ilə həmrəylik nümayiş etdirir. BMT-nin hesablamalarına görə, hazırda Hindistanın anbarlarında 30 milyon tona qədər ərzaq buğdası var. Buğda biçimi mövsümünün başlanmasına isə günlər qalır. Qeyd etdiyimiz kimi, bu il Hindistanda ötən ilkinə nisbətən daha çox məhsuldarlıq gözlənilir. Belə şərtlər daxilində hökumətin buğda ixracına embarqo qoyması, Rusiyay ilə həmrəylik səbəbi ilə monipulyasiyadan başqa bir şey deyil. Hazırda ABŞ, Avropa ölkələri BMT bu yöndə Hindistanla danışıqlar aparmaqdadır. Dünya liderləri öz bəyanatlarında Hindistanı məsuliyyətli olmağa çağırır.

Bizim üçün isə fərqi yoxdur, ya zəlzələdən, ya vəlvələdən, dünyada ərzaq qıtlığı höküm sürür. Bu qıtlıq hazırda bahalaşmaya səbəb olub. Bir azdan isə ərzaq buğdası, ümumiyyətlə tapılmaya bilər. Azərbaycanın ərzaq buğdasına olan tələbatının əksər hissəsi idxal hesabına qarşılanır. Ona görə ölkədə bu ilin sonlarına buğda un qıtlığı gözləniləndir. Qısa müddət üçün baha olsa da hökumət müxtəlif mənbələrdən buğda idxalının artırılmasını təşkil etməlidir. Uzun müddətli hədəflər isə ölkənin yerli tələbatının ən azı 90 faizini yerli istehsal hesabına ödənilməsi olmalıdır. Bu istiqamətdə bir sıra işlər aparılır. Ötən rüb ərzində buğda idxalı 15 faiz çoxalıb bu temp aprel ayında da saxlanılıb. Növbəti aylarda da yəqin ki, cəhdlər davam etdiriləcək. Çünki ölkədə buğda qıtlığı qarşıdakı bir il ərzində başqa üsullarla aradan qaldırıla bilməz. Yalnız idxal genişləndirilməlidir.

Növbəti məhsul ilinə isə Azərbaycan hazır olmalıdır. Belə ki, hökumət İsraillə bu istiqamətdə əməkdaşlığa başlayıb. İsraildən həm məhsuldar buğda toxumlarının alınması, həm mütəxəssislərin dəvət edilməsi nəzərdə tutulub. Lakin hökumət İsraillə əməkdaşlıq çərçivəsində tədbirlərə, yalnız dövlətin yaratdığı fermerləri - MMC-ləri cəlb etmək fikrindədir. Təcrübə göstərir ki, Azərbaycanda dövlət şirkətlərində yüksək məhsuldarlığın əldə edilməsi mümkün olmur. Hansı şirkəti inkişaf etdirmək üçün vəsaitlər ayrılırsa, dərhal həmin şirkətdə korrupsiya yuvası qurulur. Bununla da dövlət büdcəsindən ayrılan vəsait sahənin inkişafına deyil, "korrupsiya maşınına" yönəlir. Aqrar sahədə dövlət şirkətlərinin yaradılmasından, artıq beş ilə yaxın vaxt keçib. Bu şirkətlər qurulanda beş ilə Azərbaycanın xəricdən ərzaq asılılığının tamamilə aradan qaldırılması hədəflənmişdi. Lakin biz indi tamamilə əks mənzərənin şahidi oluruq - ölkənin ərzaq məhsulları üzrə idxaldan asılılığı bir qədər çoxalıb. Ona görə düşünürük ki, İsraillə əldə edilən əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə, yalnız dövlət şirkətləri deyil, həm özəl fermer təsərrüfatları da cəlb edilsin. Bir-iki ildən sonra isə nəticəni müqayisə etmək imkanı yaranacaq. Həmin vaxt hansı sektor daha səmərəli nəticə göstərəcəksə, həmin sektorla işi daha da genişləndirmək lazım gələcək. Hərçənd ki, artıq dünyada "velosped ixtira etməyə ehtiyac yoxdur" o artıq kəşf edilib - bazar iqtisadiyyatı şəraitində mülkiyyətin özəl olması rəqabət mühitinin höküm sürməsi inkişafın əsas şərtləridir. Yəni bu bütün mütəxəssislərə gün kimi aydındır ki, biz aqrar sahədə dövlət şirkətləri yaratmaqla məhsul bolluğuna nail ola bilməyəcəyik. Əgər indi seçilən kursa sədaqət göstərilərsə, biz gələn il buğdaya olan daxili tələbatın əksəriyyətini idxal hesabına ödəmək məcburiyyətində qalacağıq.

0.017684936523438