Jurnalistlər nədən tez ölür?

Jurnalistlər nədən tez ölür?
 

Qadirin ölümü, yaxud vaxtsız gələn əcəl

Biz , hər dəfə bu ölüm-lərə təəssüflənərək yaşamaqda davam edirik. Amma heç fərqinə varmırıq ki, nədən, məhz məsləyi jurnalist olan insanlar dünyalarını daha tez dəyişirlər, bunun məntiqi bir açıqlaması varmı? Heç şübhəsiz ki var, heç bir şey boş yerdən yaranmır, bu dünyada. Hər şeyin bir məntiqi açıqlaması var, mütləq ki...

Bu ölümün özü , sadəcə Qadirdən xoşlandığı üçün, onu aramızdan almadı.

Deyilənlərə görə, hər bir insanın taleyi ana bətnində onun qədər kitabına yazılır. Amma buna inanmağım gəlmir. Bilirsiniz niyə? Çünki insanın taleyinin həm onun öz əlində olduğunun çox şahidi olmuşam. Diqqət etsəniz görəcəksiniz ki, hər şeyə biganə, başqalarının ağrı-acısını hiss etmək kimi insani hisslərdən dəyərlərdən məhrum olanlar daha çox yaşayırlar. Amma Qadir kimi daxilən zəngin mənəviyyat sahibi olan, tanımadığı insanların belə, ağrı-acısını, öz ağrısı kimi qəlbinə çökdürən insanlar isə bu yolda öz ömürlərini fəda etmiş olurlar. Bu da daha çox yaşadıqları mühitin sosial tənəzzülündən qaynaqlanır. Jurnalist məsləkinə xidmət edən vicdanlı insanlar, onlara müraciət edən sadə adamlara yardım edə bilmədikdə, onların da acısını yaşamaq zorunda qalırlar ki, bu da təsirsiz ötüşmür.

Ölkəmizdə mövcud olan bütün pisliklərin-rüşvət, korrupsiya, inhisarçılıq, ələlxüsus da məmur özbaşınalığı- acısını öz üzərilərində hiss edən ən həssas təbəqə , məhz vicdanlı jurnalistlərdir. Sadə vətəndaşlar hər yerdən əlləri üzüldükdən sonra jurnalistlərə müraciət edir, onlardan kömək istəyir. Amma cəmiyyətdə mövcud olan stereotiplər jurnalistə imkan vermir ki, həmin vətəndaşın probleminin həllinə kömək etsin. Bir ölkədə ki, hüquqşunas öz hüququnu müdafiə edə bilmir, orada jurnalist vətəndaşa necə yardım edə bilər? Buna görə , jurnalistlər həyatdan erkən gedirlər. Həkimlər xəstə jurnalistə istənilən diaqnozu qoya bilər. Amma bu xəstəliyin əsl adı "başqaları üçün yanmaqdır". Heç kimə sirr deyil ki, ölkəmizdə bu gün fəaliyyətdə olan ədalətli, ağıllı, vicdanlı jurnalistlərin böyük əksəriyyəti, məhz bu xəstəliyin daşıyıcılarıdır. Onun müalicəsi isə sosial ədalət prinsipləri ilə idarə olunan cəmiyyətdir. Cəmiyyətdəki haqsızlıqları, ədalətsizliyi görüb , ona qarşı apardıqları mübarizənin heç bir nəticə vermədiyinə dözmək məcburiyyəti, onları bu xəstəliyin qurbanına çevirir. Qadir kimi, Elçin Səlcuq kimi, bu siyahını sonsuza qədər uzatmaq da mümkündür, amma hacət. Bu bizim ən yeni tariximizdir biz onun şahidləriyik. Onların hər ikisini "Azadlıq" qəzetində çalışdıqları vaxtdan tanıyırdım. Tanıyırdım yazmağa əlim gəlməsə , bu acı reallığı qəbul etmək zorundayam. Çünki aramızda 10-15 il yaş fərqimiz vardı. Mən yaşayıram, onlar bərəsində isə "tanıyırdım" yazmaq zorundayam, bu da bir acı, ağrı deyilmi, dostlar...

Həkimlərin verdiyi diaqnoz da istər-istəməz insanı düşünməyə vadar edir, bəlkə , belə olmasaydı onlar yaşayardılar. Amma belə deyil. Qara ciyər serrozunu yaradan da, təkcə alkaqol deyil, həm mövcud cəmiyyətin reallıqlarıdır. Bu gün fəaliyyətdə olan bütün namuslu vicdanlı jurnalistlərin , daxilində bir sosial inamsızlıq serrozu var. Amma heç bir həkim, ən müasir diaqnostik cihazlar belə, onu müəyyən etmək gücündə deyillər.

Jurnalist məsləkdaşlarımızın bizdən belə erkən ayrılmalarının da, əsas səbəbi budur. Cəmiyyətdə mövcud olan ədalətsizlik sosial rəzalətdən doğan haqsızlıq. Amma kimsə bunu görmək istəmir.

Qadir, Elçin, Nəcəf bəy, Zöhrab Əmirxanlı həyat yoldaşı, Məhəmməd Nazimoğlu, Amil, Suleyman Osmanoğlu onlarca başqaları bunları gördulər, buna qarşı mübarizə apardılar nəhayət, heç bir nəticə hasil olmadığına dözmədilər bizləri tərk etdilər. Başqa bir qrup jurnalistlər isə ya öz xoşları ilə mühacirətə getdilər, ya da onları buna məcbur etdilər.

İnsan bəzən elə hallarla üzləşir ki, bu dünyada yaşadığına peşiman olur getmək istəyir. Amma, bu dünyaya gəlmək zamanında soruşmadıqları kimi, getmək zamanında da bizdən kimsə bunu istəyib- istəmədiyini soruşmur. yaxşı ki soruşmurlar, soruşsaydılar bu fani dünyada bir vicdanlı adam qalmazdı. Çünki cəmiyyətdəki neqativ reallıqlar yorur insanı. Fiziki cəhətdən yox, yaşın da bura bir aidiyyəti yoxdur. Günü-gündən mənəviyyatsızlaşan cəmiyyəti gördükcə, insan istər-istəməz mənən tükənir, boşalır getmək istyir. Getmək istədiyi son mənzil isə heç kimin oraya öz xoşu ilə gəlməsini qəbul etmir. Dinimiz bunu Allaha qarşı üsyan kimi qəbul edir səbirli olmağı tövsiyyə edir. Onda ürək dediyimiz həyat mənbəyinin ziyası dözmür anidən sönür. Yəqin, bunun özü , bir Allah hikmətidir ki, sevimli bəndəsinin o dünyaya günah sahibi kimi geməsini istəmir.

Onlar bu dünyada bacardılarsa etdilər, millətə, dövlətə xəyanət etmədilər. Bütün fəaliyyətləri xalqa, millətə, dövlətə dövlətçiliyə sədaqətlə bağlı oldu.

Amma bəzi quldur, tamahkar, dünya malını hər şeydən üstün tutan məmurlar çetesi onları anlamaq istəmədi, ona görə onlar öz ölümləri ilə onlara qarşı üsyan etdilər. Anlayacaqlarmı? Çətin.

Onların ölümünü rəsmi olaraq «alkoqoldan doğan qaraciyər serrozu» adlandırdılar.

Heyif ki, ətrafınızdakı dostlarınızdan yaxınlarınızdan başqa bir kimsə sizin ölümünüzün həqiqi səbəbini anlayacaq qədər vicdanlı deyillər dostlar, çox heyif!

Bu fani dünyanı gərdişi sizi aramızdan vaxtsız aparsa da, mənəvi ruhi olaraq həmişə qəlbimizdə olacaqsınız. Allah-Təalə bu dünyanın sınağından bir insan olaraq çıxmağı bacardığınız üçün, əbədiyyət dünyanızı cənnət-məkan qılar inşəallah!

P.S. Bir məsələni diqqətinizə çatdırım ki, Qadir, Elçin, Nəcəf bəy, Zöhrab Əmirxanlı həyat yoldaşı, Məhəmməd Nazimoğlu, Amil, Suleyman Osmanoğlu onlarca başqaları, məhz Azərbaycanın milli mətbuatının ilk qaranquşları idi bu sahənin inkişafı çiçəklənməsinə şərəf ləyaqətlə xidmət etdiklərinə görə, dünyalarını vaxtından əvvəl dəyişdilər.

YAPkratiyanın "üzünö-mürlü"lər diyarı saydıqları Azərbaycanda jurnalistlər pensiya almadan dünyalarını dəyişənlər arasında birinci yeri tutur. Demək ki, bu məmləkətdə pensiyaya ümid etmək, elə ancaq ümid olaraq da qalır.

Yusif Seyid

0.018671035766602