Xarici hərbi əməliyyatlarda iştirak edən rusiyalılar həbs olunacaqlar

Xarici hərbi əməliyyatlarda iştirak edən rusiyalılar həbs olunacaqlar
 

Rusiya Federasiyasının maraqlarına zidd olaraq ölkə vətəndaşlarının xaricdə hərbi əməliyyatlarda iştirakı 12 ildən 20 ilədək həbslə cəzalandırılacaq.

Bu barədə müddəa yeni qanun layihəsində öz əksini tapıb.

Sənədə görə, Rusiyanın iştirak etdiyi hərbi əməliyyatlar şəraitində düşmən tərəfinə keçmək vətənə xəyanətə bərabər tutulur.

Həmçinin, layihəyə əsasən, ölkənin təhlükəsizliyinə qarşı ictimai çağırış üçün həbs müddəti 7 ilə qədər artırıla bilər.

0.02032995223999