Selçuk Bayraktar ilk dəfə Bakıda döyüş təyyarəsi sürdü - VİDEO
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə edib.
“Paralel.az ” xəbər verir ki, bu barədə məlumatı Selçuk Bayraktar öz rəsmi teleqram kanalında paylaşıb.
O, Bakı səmasında “MiQ-29” qırıcı təyyarəsini idarə edib.
“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq can Azərbaycan səmalarında nəsib oldu”, - deyə Bayraktar yazıb.