Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin/şagirdlərimin suallarına cavablarım :

V

- Müəllim, UTANCAĞAM, bu hal məni çox sıxır, özümü ifadə edə bilmirəm. Bir çıxış yolu varmı?

- Müəllimlik təcrübəm mənə bunu öyrətdi ki, açıq və ciddi deyirəm, UTANCAQLIQ Azərbaycanın milli faciələrindən biridir. Bu, o dərəcədə önəmli bir məsələdir ki, mənasını bir-bir açıqlayacaq, bir neçə yazı biçimində paylaşacağam: utancaqlığın faciə olduğunu qavramaq üçün öncə nələrə yol açdığını sıralayım: psixoloji, fiziki xəstəliklərə səbəb olur, təsiri çoxyönlüdür, ruhi, bədəni, əqli, sosial, əxlaqi yönləri var, insanın dəyərini yox edir, içindəki xəzinəni öldürür – utancaqlıq özünə xəyanətdir, utancaq insan özünü ifadə etmək üçün o qədər enerji xərcləyir ki, tükənir, çökür, əli tərləyir, əsir, üzü qızarır, həyəcanlanır, qayğı, qorxu yaşayır, nəfəsi kəsilir, utancaq insan salam verə, adını deyə bilmir, sosiallaşmaq imkanı yoxdur, əlaqə qurmağa çətinlik çəkir, söhbətdən, dostdan, inkişafdan məhrum qalır, sözünü, duyğularını içinə basdırır, ehtiyacı olmayan şeylər alır – almasam, nə deyərlər? Haqqını tələb etməyi bacarmır, sual verə bilmir, sevdiyi qıza sözünü demək üçün yüz dəfə ölüb dirilir, utandığından tualetə getmək istəyini gizləyir, davamlı biabır olacağam qorxusu ilə yaşayır, pul qazanmaq, dərdini demək, bir şey istəmək onun üçün çox çətindir, qorxu içində yaşayır, düşünməkdən, etiraz etməkdən çəkinir, sevdiyi qızla/oğlanla evlənə bilmir, istəmədiyi ilə evləndirilir, onun əvəzinə başqaları qərar verir, irəli çıxmaq, lider olmaq imkanını itirir, içində hər zaman ona düşmən olan bir səs var, o səs deyir ki, getmə, etmə, insanlar nə deyər, bu iş alınmaz, rəzil olacaqsan, utancaq adam davamlı olaraq başqalarının təsdiqini gözləyir, başqalarını özündən üstün tutur, nə deyərlər qorxusu ilə yaşayır, danışanda göz təması qura bilmir, bir şeyi sınamaq cəsarəti yoxdur, elə buna görə də inkişaf etməz, belə ki, insan sınamasa, səhv etməz, xətasını görməz, nəticədə, inkişafın yolu bağlanar. Utancağın qərar vermək imkanı yoxdur, o, ailəsindən. çevrəsindən ayrıla bilmir, xaricə getməyə qorxur, başqalarına görə yaşayır, istədiyi paltarı geyinə bilmir, doyunca gülməyə qorxur, ağlamağa utanır, toyda oynamaq ölüm kimi bir şeydir, xətaları faciə sayır...

Utancaq bilməlidir ki, onu sömürəcək, kölələşdirəcək, haqqını yeyəcəklər. Deyə bilərəm ki, UTANCAQ İNSAN ANASINDAN DOĞULDUĞU KİMİ ÖLƏR.

Utancaqlığın səbəbləri və çıxış yolları sıradakı yazıda...
Paralel.az

0.015278100967407