NÖVBƏTİ “SƏYYAR QƏBUL OTAĞI" ASTARADA QURULDU

NÖVBƏTİ “SƏYYAR QƏBUL OTAĞI
 

 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Astara rayonunda baş tutub.
"Azəriqaz" İB-nin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov və Birliyin digər məsul şəxsləri aksiyaya üz tutan 35-dək sakinin qaz təchizatı ilə bağlı müraciətlərini dinləyiblər. Daxil olan müraciətlər əsasən təbii qazla təmin edilməyən kəndlərin, bir sıra yaşayış məntəqələrinin qaz almayan genişlənən hissələrinin mavi yanacaqla təmin edilməsi ilə bağlı olub. Aksiyaya Siqanlı, Mardəsən, Ucakərən, Maşxan kəndlərindən, habelə Kijəbə qəsəbəsindən qatılan sakinlər təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Bundan başqa, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev bu cür aksiyaların təşkilinə görə "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür edərək, İdman Kompleksində istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənişinə şərait yaradılması ilə bağlı xahiş edib. Aksiyada sakinlərlə yanaşı, sahibkarlar da "Səyyar qəbul otağı"nın imkanlarından yararlanıblar. Daxil olan bütün müraciətlərlə bağlı yerindəcə izahatlar verilib.

Paralel.az

0.037250995635986