Nikol Paşinyan qurduğu oyuna özü düşüb

Nikol Paşinyan qurduğu oyuna özü düşüb
 

Nikol Paşinyan öz oynadığı oyunun  tələsinə düşüb, o, top kimi bir qoldan digərinə atılır. 
“Qərb Paşinyana Brüssel öhdəliklərini yetirməyə o qədər təzyiq edir ki, o daha manevr edə bilmir. Onun Qərblə Rusiya arasında dəqiq seçim etməli olduğu məqam uzaqda deyil”.
 “Paralel.az ” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Bir gün əvvəl məlum oldu ki, o, mayın 22-də Brüsselə səfər edəcək və burada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə növbəti görüş keçiriləcək. Xatırladaq ki, Paşinyan aprelin 4-5-də Brüsseldə olub. Bizimlə söhbətində yüksək vəzifəli şəxslərə yaxın bir şəxs dedi ki, Qərblə Rusiyanın tələbləri bir neçə məqamda üst-üstə düşür, lakin bəzi məsələlərdə fikir ayrılığı var. Hər iki tərəf Paşinyandan tez bir zamanda sülh müqaviləsini imzalamasını, yolların açılmasını, Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yol çəkməsinə icazə verməsini tələb edir.

Ancaq əhəmiyyətli bir fərqlə: Qərb bizi Azərbaycanın tələblərini qəbul etməyə və Qarabağdan əl çəkməyə, ermənilərə və azərbaycanlılara Qarabağda bir yerdə yaşamağa, Rusiya bölgədən çıxarılandan, haradasa 15 ildən sonra problemin həlli perspektivi yarana bilər və sair. Bunun müqabilində Qərb Qarabağ ermənilərinin yaşamaq hüququnu və Ermənistanın qalan hissəsinin ərazi bütövlüyünü təmin edəcəyinə söz verir. Rusiya isə Qarabağın statusu olmadan sülh müqaviləsi imzalamaqda israrlıdır.

O, bəyan edir ki, Qarabağ problemi artıq bizim deyil, biz Azərbaycanla münasibətlərimizi normallaşdırmalı və ordumuzu bərpa etməliyik. Görünən odur ki, Qərb Paşinyana o qədər təzyiq edir və onu Brüssel öhdəliklərini yerinə yetirməyə məcbur edir ki, Paşinyan daha manevr edə bilmir. Onun Qərblə Rusiya arasında dəqiq seçim etməli olduğu məqam uzaqda deyil. Görək, Rusiya bu dəfə Brüssel səfərinə necə reaksiya verəcək”, – “Hraparak” qəzeti yazır.

 Mürtəza
Paralel.az

0.038530111312866