"Azəriqaz" İB-nin baş direktoru Şəki sakinləri ilə görüşəcək

 

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şəki rayonunda vətəndaş qəbulu keçiriləcək.

Paralel.az xəbər verir ki, 23 may saat 11:00-da Şəki şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

0.10738682746887