Azərbaycana elektrikli və hibrid avtomobillərin idxalı artıb

Azərbaycana elektrikli və hibrid avtomobillərin idxalı artıb
 

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 36,442 mln ABŞ dollar dəyərində 4 156 ədəd nəqliyyat vasitələri idxal olunub.

Paralel.az ”ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 48% və çoxdur.

Sözügedən dövrdə Azərbaycana 2,920 mln ABŞ dollar dəyərində 92 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 3,1 və 3,8 dəfə artım deməkdir.

 

0.061981916427612