Azərbaycanda 400 minlik zavod gəlir qazana bilmir - Səhmdarları toplanır

Azərbaycanda 400 minlik zavod gəlir qazana bilmir - Səhmdarları toplanır
 

“İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Paralel.az ”ın məlumatına görə, yığıncaq 4 iyul 2022-ci il saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 2 nömrəli ünvanda baş tutacaq.

Yığıncağın gündəliyinə ASC-nin 2021-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı, ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 12.08.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əliyev Rahib Rəhim oğludur. Şirkətin nizamnamə kapitalı 370,930 min manat təşkil edir.

0.029374122619629