Dünya bazarında neft bahalaşıb
Dünya birjalarında neft qiymətləri artıb.
“Paralel.az ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,51 dollar və ya 0,46% artaraq 112,55 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,39 dollar və ya 0,35% artaraq 110,28 dollar təşkil edib.