Bu ölkədə məktəb məzunları işsizlik müavinəti alacaqlar

Bu ölkədə məktəb məzunları işsizlik müavinəti alacaqlar
 

Rumıniya hökuməti məktəbi bitirənlərə işsizlik müavinətinin verilməsi haqqında fərmanı təsdiqləyib.

Paralel.az ın məlumatına görə, iş tapa bilməyən, orta və orta ixtisas təhsili müəssisələrini bitirmiş 16-17 yaşarası gənclər müvafiq müavinət ala biləcəklər. Bunun üçün onlar yaşayış yeri üzrə sosial təminat orqanlarında qeydiyyatdan keçməlidirlər. Müraciət edənə 6 ay müddətində ölkə üzrə orta əməkhaqqının 50 faizi həcmində məbləğin ödəniləcəyi nəzərdə tutulur. Bu məqsədlər üçün Rumıniyanın dövlət büdcəsindən 100 milyon avro ayrılıb.

0.035611152648926